Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
“e-KOB evi” portalı haqqında Əsasnamə təsdiq edilib 09.08.21
“e-KOB evi” portalı haqqında Əsasnamə təsdiq edilib

Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2021-ci il tarixli Fərmanı ilə “e-KOB evi” portalı haqqında Əsasnamə təsdiq edilib. 

“e-KOB evi” portalı sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması və elektronlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamı olmaqla, sahibkarlıq fəaliyyəti üçün zəruri məlumatların mərkəzləşdirilmiş qaydada əldə edilməsini asanlaşdıracaq, hazırda KOB evlərində dövlət qurumları tərəfindən sahibkarlara göstərilən dövlət-biznes (G2B) və biznes-biznes (B2B) xidmətlərin elektron formada həyata keçirilməsini təmin edəcək. 

“Bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərəcək portalın "Biznes naviqator" altsistemi bu sahədə yenilik olmaqla KOB-ların müştərilərlə qarşılıqlı əlaqələrinin, təchizat zəncirlərinin, informasiya və sənədlərin idarə edilməsi, sahibkarlıq sahəsində müxtəlif informasiya sistemlərinin tətbiqini nəzərdə tutur.

Portalın “Sahibkarın elektron kabineti” altsistemi KOB subyektlərinə müvafiq məlumatların əldə olunması və həmin məlumatlarda dəyişiklik edilməsi, ödənişlərin həyata keçirilməsi, həmçinin operatorla və digər dövlət orqanları ilə qarşılıqlı əlaqəyə imkan verəcək. 

Portalın operatoru Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (KOBİA).

Ətraflı məlumat üçün: https://president.az/articles/52698

Powered by Froala Editor