Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Dünyada tanınmış “Miniboss Business School” layihəsi KOBİA-nın dəstəyi ilə Azərbaycanda da həyata keçiriləcək 31.08.20
Dünyada tanınmış “Miniboss Business School” layihəsi KOBİA-nın dəstəyi ilə Azərbaycanda da həyata keçiriləcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Böyük Britaniyanın “Avropanın Biznesin İnkişafı Bürosu” Elmi Tədqiqat Mərkəzinin “Miniboss Business School” proqramının ölkəmizdə həyata keçirilməsinə dəstək göstərəcək.

Uşaq və yeniyetmələrə biznesin əsaslarını tədris edən “Miniboss Business School” proqramı Fransa, Ukrayna, Litva, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Filippin, İndoneziya, Bolqarıstan, Qazaxıstan və digər ölkələrdə rəsmi nümayəndəliklərə və franşiza əsasında fəaliyyət göstərən biznes məktəblərinə malikdir.

Bu biznes məktəbləri xüsusi tədris proqramı və metodologiyası 8 kursdan ibarət olmaqla biznes ideyaların inkişafı, innovasiyaların nəzəriyyəsi və praktikası, kommunikasiyalar, danışıqların aparılması, mentorinq və digər sahələrdə gənclərin bilik və bacarıqlarının artırılmasını təmin edir.

“Miniboss Business School” proqramı Azərbaycanda da uşaqların, yeniyetmə və gənclərin erkən yaşlarda biznes və sahibkarlıq sahəsində ilkin bilik və bacarıqlara yiyələnməsində əhəmiyyətli olacaqdır (https://baku.miniboss-school.com/).

Ölkəmizdə sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi, ömürboyu öyrənmək və milli profilli sahibkarlıq mədəniyyətinin formalaşdırılması istiqamətində müxtəlif tədris proqramlarının və dərsliklərin hazırlanması, digər tədbirlərin reallaşdırılması prosesində iştirak edən KOBİA “Miniboss Business School” proqramının yerli sahibkarlar tərəfindən həyata keçirilməsini dəstəkləyir. Agentlik həmçinin, proqram çərçivəsində biznes üzrə master-klassların, müxtəlif sahələrdə uğur qazanmış iş adamları tərəfindən mühazirələrin təşkili, tədris prosesinə qadın və gənc sahibkarların, eləcə də həssas kateqoriyadan olan sahibkarların cəlb edilməsinə dəstək göstərəcəkdir.

Powered by Froala Editor