Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Dövlət satınalmalarında iştirakla bağlı onlayn maarifləndirmə tədbiri keçiriləcək 31.07.19
Dövlət satınalmalarında iştirakla bağlı onlayn maarifləndirmə tədbiri keçiriləcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə sahibkarlar üçün avqustun 6-da, saat 11.00-da dövlət satınalmalarında iştirakla bağlı onlayn maarifləndirmə tədbiri keçiriləcək.


Dövlət satınalmalarını təşkil edən və həyata keçirən aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə keçiriləcək tədbirdə KOB-lar satınalma prosedurlarına qoşulma, bu istiqamətdə həyata keçirilən islahatlar, tender müsabiqələri ilə bağlı tətbiq edilən yeniliklər, qanunvericilikdə nəzərdə tutulmuş digər qaydalar barəsində məlumatlandırılacaq, onları maraqlandıran suallar cavablandırılacaqdır.


Onlayn tədbirə ölkənin istənilən yerindən internetə çıxışı olan kompüter, planşet və mobil telefondan istifadə etməklə qoşulmaq mümkündür (şifrə 636405571):


- Kompüter vasitəsilə birbaşa qoşulmaq üçün https://zoom.us/j/636405571 linkinə daxil olmaqla;


- iPhone və Android vasitəsilə “App Store”dan və “Google Play”dən “Zoom Cloud Meetings” tətbiqini yükləməklə.


Agentliyin ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən sahibkarların tədbirə qoşulması üçün dəstək göstəriləcəkdir.


Onlayn maarifləndirmə tədbiri ilə bağlı əlaqələndirici şəxs: Adil Əhmədov (055 525 30 30).

Powered by Froala Editor