Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Dövlət satınalmaları ilə bağlı sahibkarların sualları cavablandırılıb 06.08.19
Dövlət satınalmaları ilə bağlı sahibkarların sualları cavablandırılıb

Dövlət satınalmaları ilə bağlı sahibkarların, xüsusilə də kiçik və orta biznes subyektlərinin məlumatlandırılması məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə onlayn maarifləndirmə tədbiri keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi ilə təşkil olunmuş tədbirdə Elektron Hökumətin İnkişafı Mərkəzinin mütəxəssisləri dövlət satınalmalarında iştirak prosedurları, bu istiqamətdə həyata keçirilən islahatlar, www.etender.gov.az internet portalı və ondan istifadə barədə sahibkarları məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.

Onlayn tədbirdən Bakıda, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 900-dən çox sahibkar yararlanıb.

Tədbir çərçivəsində sahibkarlara ekspertlərə birbaşa müraciət etməklə yanaşı, suallarını yazılı formada göndərmək imkanı da yaradılıb. Sahibkarların suallarının əksəriyyəti ekspertlər tərəfindən tədbir çərçivəsində operativ şəkildə cavablandırılıb.

Daha çox sahibkarın yararlanması üçün onlayn maarifləndirmə tədbiri KOBİA-nın Facebook səhifəsi üzərindən birbaşa yayımlanıb.

Regionlarda fəaliyyət göstərən KOB subyektlərinin onlayn maarifləndirmə tədbirində iştirakına dəstək məqsədilə KOBİA-nın ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən sahibkarlara köməklik göstərilib.

Qeyd edək ki, onlayn tədbir barədə sahibkarlar əvvəlcədən KOBİA-nın www.smb.gov.az saytı, sosial şəbəkələrdəki səhifələri və KİV vasitəsilə məlumatlandırılıb.

Powered by Froala Editor