Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin Əsasnaməsi təsdiq edildi 16.08.19
Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin Əsasnaməsi təsdiq edildi

İqtisadiyyat Nazirliyinin Kollegiyası tərəfindən Dövlət-Sahibkar Tərəfdaşlığının (Public Private Partnership) İnkişafı Mərkəzinin Əsasnaməsi təsdiq edilib.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturunda fəaliyyət göstərəcək Mərkəzin əsas fəaliyyət istiqamətləri dövlət-özəl tərəfdaşlığı sahəsində biznes mühitinin inkişaf etdirilməsi və institusional təşkilati infrastrukturun təkmilləşdirilməsi, dövlət-özəl tərəfdaşlığı üzrə proqram və layihələrin hazırlanması, həyata keçirilməsi və müvafiq benefisiar qurumlarla səmərəli əlaqələndirilməsi, belə layihələrdə kiçik və orta biznesin iştirakının genişləndirilməsi, layihələrin maliyyələşdirilməsi üzrə investorların cəlb edilməsi işinə dəstək verilməsi, eləcə də bu sahədə dövlət qurumları da daxil olmaqla bütün maraqlı tərəflərin maarifləndirilməsi və onların bilik və bacarıqlarının artırılmasıdır.

Mərkəzin fəaliyyəti Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair strateji sənədlərdə qeyd olunmuş sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrinin daha səmərəli həyata keçirilməsinə xidmət etməklə, özəl investisiyaların sosial və iqtisadi əhəmiyyət kəsb edən infrastruktur layihələrinin inkişafına yönəldilməsinə töhvə verəcəkdir.

Powered by Froala Editor