Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Dövlət-özəl tərəfdaşlığı (Public-Private Partnership) üzrə SOURCE proqramından istifadə imkanları təqdim olunub 12.09.19
Dövlət-özəl tərəfdaşlığı (Public-Private Partnership) üzrə SOURCE proqramından istifadə imkanları təqdim olunub

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) beynəlxalq maliyyə təşkilatları tərəfindən dövlət-özəl tərəfdaşlığı mexanizmi üzrə keyfiyyətli infrastruktur layihələrinin hazırlanmasında və həyata keçirilməsində qlobal platforma hesab edilən “SOURCE” proqramının təqdimatı keçirilib.

İsveçrənin Dayanıqlı İnfrastruktur Fondu tərəfindən idarə edilən “SOURCE” platforması hazırda dünyanın 51 ölkəsində dövlət-özəl tərəfdaşlığı mexanizmi üzrə 284 infrastruktur layihəsinin icrasında istifadə olunur. Platforma dünyanın əsas beynəlxalq maliyyə təşkilatlarının məlumat bazaları ilə onlayn əlaqə yaradaraq, ölkələrə birbaşa xarici investisiyaların cəlb edilməsi istiqamətində investorlarla səmərəli əməkdaşlıq imkanı yaradır. Bu platforma həmçinin, dövlət-özəl tərəfdaşlığı çərçivəsində ölkədə potensial benefisiar təşkilatların layihələrinin mərkəzləşdirilmiş məlumat bazasının formalaşdırılmasına köməklik göstərir.

Asiya İnkişaf Bankının dəstəyilə təşkil edilmiş təqdimatda Dayanıqlı İnfrastruktur Fondunun proqram meneceri Sedrik van Riel platformanın istifadə imkanlarını diqqətə çatdırıb, proqramdan ölkəmizdə də istifadə olunmasına dair hərtərəfli əməkdaşlığa hazır olduqlarını bildirib.

Qeyd edək ki, KOBİA-nın strukturunda Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin əsas fəaliyyət istiqamətləri sırasına dövlət-özəl tərəfdaşlığı üzrə proqram və layihələrin hazırlanması, həyata keçirilməsi və müvafiq benefisiar qurumlarla səmərəli əlaqələndirilməsi, belə layihələrdə kiçik və orta biznesin iştirakının genişləndirilməsi, layihələrin maliyyələşdirilməsi üzrə investorların cəlb edilməsi işinə dəstək göstərilməsi, eləcə də bu sahədə dövlət qurumları da daxil olmaqla bütün maraqlı tərəflərin maarifləndirilməsi və onların bilik və bacarıqlarının artırılmasıdır.

Powered by Froala Editor