Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Dövlət dəstəyi ilə 10-a yaxın sahibkar “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində 14.05.25
Dövlət dəstəyi ilə 10-a yaxın sahibkar “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində

KOB subyektlərinin məhsul və xidmətlərinin tanıdılması məqsədilə KOBİA tərəfindən xüsusi stend qurulub. 

Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi (“İnterFood Azerbaijan”) sərgiləri keçirilir. 

Bu il də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə mikro və kiçik sahibkarlar ödənişsiz olaraq sərgidə məhsul və xidmətlərini təqdim edirlər. KOBİA-nın təmin etdiyi dövlət dəstəyi hesabına yaradılmış xüsusi stenddə 10-a yaxın mikro və kiçik sahibkarlıq subyekti tərəfindən müxtəlif konservlər, siroplar, şirniyyatlar, təbii sirkə, kərə yağı, şərab, bal, toxum və gübrə, suvarma sistemləri və digər yerli məhsullar nümayiş olunur. Həmçinin stenddə KOB subyektlərinə satış imkanlarını genişləndirmək və yeni biznes əlaqələri qurması üçün müxtəlif işgüzar görüşlərin keçirilməsi məqsədilə imkan yaradılıb.

KOBİA-nın stendində məhsul və xidmətlərini təqdim edən KOB subyektlərinin əksəriyyəti ilk dəfədir ki, “Caspian Agro” və “InterFood Azerbaijan” kimi ixtisaslaşmış sərgilərdə iştirak edirlər. Sərgilərdə iştirak KOB-lara brendlərini tanıtmağa, satış imkanlarını genişləndirməyə, müştəri və təchizatçılarla əlaqələr qurmağa imkan verir. 2018-ci ildən etibarən 1500-dən çox mikro, kiçik və orta sahibkarlıq subyektinin, startapın müxtəlif ixtisaslaşmış yerli və xarici sərgilərdə, yarmarkalarda iştirakına KOBİA tərəfindən dəstək göstərilib. Agentlik “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərinə dəstək göstərən qurumlar sırasındadır.

Qeyd edək ki, “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgiləri 16 may tarixinədək davam edəcək. Sərgilərdə ümumilikdə bitkiçilik, heyvandarlıq, quşçuluq və balıqçılıq məhsulları, qənnadı məmulatları, meyvə-tərəvəz, şirələr, çay, süd və süd məhsulları, kənd təsərrüfatı və qida sənayesi üzrə avadanlıqlar, eləcə də müvafiq sektorlar üzrə xidmətlər və s. təqdim edilir. 



Powered by Froala Editor