Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
DÖST üzrə beynəlxaq tədbirdə Azərbaycan üzrə ölkə təqdimatı edilib 05.11.20
DÖST üzrə beynəlxaq tədbirdə Azərbaycan üzrə ölkə təqdimatı edilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri İstanbul Dövlət və Özəl Sektor Tərəfdaşlığı üzrə Kamillik Mərkəzinin (İstanbul PPP Center of Excellence) təşkilatçılığı və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) dəstəyi ilə 2-5 noyabr tarixlərində təşkil edilmiş “5-ci İstanbul Dövlət-Özəl Tərəfdaşlığı Həftəsi - 2020” beynəlxalq tədbirində iştirak edib.

Onlayn formatda “Dövlət-Özəl Tərəfdaşlığının birlikdə yenidən formalaşdırılması” mövzusunda təşkil olunmuş bu ilki tədbirdə 40-dan çox ölkənin infrastrukturun inkişafı üzrə və DÖST sahəsində fəaliyyət göstərən dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də müvafiq sektor üzrə peşəkar mütəxəssislər, akademik dairələrin təmsilçiləri iştirak ediblər.

Tədbir çərçivəsində KOBİA-nın DÖST İnkişafı Mərkəzi tərəfindən ölkə təqdimatı keçirilib, Azərbaycanda aparılmış islahatlar çərçivəsində yaradılmış güclü iqtisadi potensial, əlverişli biznes və investisiya mühiti, həyata keçirilmiş infrastruktur layihələri və DÖST mühitinin inkişafı istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Həmçinin, tədbirdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təxribatına cavab olaraq ordumuzun uğurlu əks-hücum əməliyyatları nəticəsində işğaldan azad olunmuş rayonlarda dağıdılmış ictimai infrastrukturun yenidən qurulması üçün DÖST modelindən istifadənin mümkünlüyü diqqətə çatdırılıb.

Powered by Froala Editor