Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? 25.05.26
Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir?

Hər bir daxili bazar araşdırmasının aparılması üçün 20 min manata qədər dövlət dəstəyi nəzərdə tutulur. Bazar araşdırması üçün ayrılan dəstək məbləği sorğu edilən araşdırmanın əhatə dairəsindən və mürəkkəbliyindən asılıdır. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti əsasında aparılan bazar araşdırmasına çəkilən xərcin 50%-i dövlət tərəfindən maliyyələşdirilir. Yerdə qalan məbləği isə bazar araşdırmasının aparılması üçün müraciət etmiş sahibkar qarşılayır. Daxili bazar araşdırması mexanizmi üzrə dövlət dəstəyi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təmin edilir. Yeni məhsul və xidmətlər yaratmaq, biznesini genişləndirmək istəyən sahibkarlar daxili bazarın araşdırmasına dəstək üçün KOBİA-nın internet saytındakı müvafiq ərizə formasını dolduraraq Agentliyə birbaşa və ya elektron qaydada müraciət edə bilərlər. 




Powered by Froala Editor