Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Daxili bazar araşdırması mexanizmi yerli istehsalı stimullaşdırır 11.10.21
Daxili bazar araşdırması mexanizmi yerli istehsalı stimullaşdırır

Daxili bazar araşdırması mexanizmindən faydalanmış sahibkarlıq subyektləri tərəfindən Bakı şəhərlərində ağıllı ev və bina avtomatlaşdırması sahəsində istifadə olunan avadanlıqların, Mingəçevir şəhərində isə termal kağız və yapışqan stiker kağızların istehsalına başlanılıb. Yeni istehsal sahələri ölkəmizdə müvafiq məhsullara olan tələbatın yerli istehsal hesabına təmin edilməsi və bu sahədə idxaldan aslılığın azaldılması baxımından əhəmiyyətlidir.

 

“ALLSMART TECHNOLOGIES” MMC-nin təsisçisi Elşad Hüseynov: “Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) ağıllı ev və bina avtomatlaşdırması sahəsində şlaqbaum, domofon, kamera, lift idarə edilməsi, jalüz qaraj qapısı və təhlükəsizlik sistemlərinin istehsalı sahələrində daxili bazar araşdırmasının aparılması üçün müraciət etdik. Bazar araşdırmasına çəkilən xərcin 80%-i dövlət tərəfindən ödənildi. Daxili bazar araşdırması əsasında ağıllı evlər və binaların avtomatlaşdırılmasında istifadə olunan iki yeni məhsul istehsalına başladıq. Hazırda bu məhsullardan Bakıda və regionlarda ağıllı evlərdə və binaların avtomatlaşdırılmasında istifadə olunur. Daxili bazar araşdırması bizə müvafiq sahədə mövcud vəziyyəti və bu avadanlıqlara olan tələbatı öyrənməkdə dəstək oldu”.

 

“VİOLET” MMC-nin rəhbəri Rami Məmmədov: “Daxili bazar araşdırması mexanizmindən istifadə etməklə termal və yapışqan stiker kağızların istehsalına başladıq. Bununla da müvafiq məhsullar üzrə xaricdən asılılığı 40%-ə qədər azaltdıq. Çeklərin və barkodların çapında istifadə edilən termal kağızlara tələbat böyükdür. Hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanı, “MilliÖn”, "Azəriqaz", “Expressbank”, “Rahat” marketlər şəbəkəsi və s. sifarişçilərimiz sırasındadır”.

 

Qeyd edək ki, 2019-cu ildən etibarən KOBİA tərəfindən mikro, kiçik və orta biznes subyektlərinə daxili bazar araşdırmasının aparılması üçün informasiya və maliyyə dəstəyi göstərilir. Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası”na uyğun olaraq, mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilərlər. Ümumilikdə, hər bir daxili bazar araşdırmasının aparılmasına görə KOB subyektlərinə ödənilən dəstək məbləği 20 min manata qədərdir. İndiyədək sahibkarların müraciəti əsasında 12, KOBİA-nın təşəbbüsü ilə 9 daxili bazar araşdırması aparılıb. 

Powered by Froala Editor