Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Daxili bazar araşdırmalarına dövlət dəstəyi mexanizminin icrasına cəlb edilməsi məqsədilə məsləhətçi şirkətlər üçün tədbir təşkil edilib 28.08.19
Daxili bazar araşdırmalarına dövlət dəstəyi mexanizminin icrasına cəlb edilməsi məqsədilə məsləhətçi şirkətlər üçün tədbir təşkil edilib

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsi üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərindən müraciətlərin qəbuluna başlanılıb. Daxil olmuş müraciətlərə əsasən müvafiq bazar araşdırmalarının KOBİA-nın sifarişilə ixtisaslaşmış yerli və xarici hüquqi və fiziki şəxslər, o cümlədən konsaltinq şirkətləri tərəfindən hazırlanması nəzərdə tutulur.

Bu məqsədlə avqustun 28-də KOBİA-da yerli və xarici hüquqi və fiziki şəxslərin daxili bazar araşdırmaları ilə bağlı məlumatlandırılması üçün tədbir keçirilib. Yerli və xarici məsləhətçi şirkətlərin nümayəndələrinin iştirakı ilə təşkil olunmuş tədbirdə daxili bazar araşdırmalarının aparılmasına dair tələblər və qiymətləndirmə meyarları barədə ətraflı məlumat verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə qeyd edilib ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaların icrasının təmin edilməsi məqsədilə KOBİA-da təşkilati işlər yekunlaşdırılıb və sahibkarlardan müraciətlərin qəbuluna başlanılıb. Diqqətə çatdırılıb ki, daxili bazar araşdırmaları KOB subyektlərinin fəaliyyətinin genişləndirilməsi, eləcə də yeni məhsulun və ya xidmətin yaradılması və inkişaf etdirilməsi sahəsində daxili bazarın mövcud vəziyyətinin müəyyən edilməsi istiqamətində həyata keçirilən fəaliyyətdir. Daxili bazar araşdırmalarının hazırlanması üçün yerli və xarici hüquqi və fiziki şəxslər (fərdi sahibkarlar), o cümlədən universitetlər, institutlar, xüsusi araşdırma və təhlil mərkəzləri, məsləhətçi şirkətlər cəlb ediləcəkdir. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə aparılan daxili bazar araşdırmasına çəkilən xərcin isə 50%-i dövlət tərəfindən qarşılanacaq. Ümumilikdə isə hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödəniləcək dəstək məbləği 20 min manata qədər olacaqdır. Daxili bazar araşdırmaları ilə bağlı mikro, kiçik və orta sahibkarlar ətraflı məlumatı və müraciət üçün ərizə formasını KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsindən əldə edə bilərlər.

Powered by Froala Editor