Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Daşkəsən rayonunda arıçılığın inkişafına dəstək məqsədilə növbəti layihənin icrasına başlanılıb 03.03.23
Daşkəsən rayonunda arıçılığın inkişafına dəstək məqsədilə növbəti layihənin icrasına başlanılıb

Arıçı fermerlərə arı ailələri, müvafiq dərman preparatları və zəruri avadanlıqlar veriləcək.

 

“AzerGold” QSC-nin təşkilatçılığı və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək məqsədilə növbəti layihənin icrasına başlanılıb.

 

Artıq ikinci ildir ki, təşkil edilən layihə çərçivəsində Daşkəsən rayonunun Çovdar, Quşçu, Bayan kəndləri və Şadax adlanan ərazisində yaşayan bir qrup kiçik arıçılıq təsərrüfatı sahibi ilə Gəncə şəhər Gənclər Evində görüş keçirilib. “AzerGold” QSC-nin müşaviri İlqar Cəlilov, KOBİA-nın Gəncə-Qazax regionu üzrə koordinatoru Anar Əliyev, həmçinin regional strukturların nümayəndələrinin iştirak etdiyi görüşün əsas məqsədi kənd arıçılarını bir araya gətirərək mövcud imkanlar və fermerlərin layihədən yararlanması imkanlarını müəyyənləşdirməkdir.

 

Tədbirdə arıçılıq fəaliyyəti zamanı təsərrüfat sahiblərinin qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması yolları müzakirə edilib, təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılaraq, təkliflər qeydə alınıb. Fermerlərə bildirilib ki, layihə “AzerGold” QSC-nin aktiv hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi Daşkəsən rayonunda Sosial Təsir və Məsuliyyət üzrə Siyasəti çərçivəsində icra edilir və layihənin əsas məqsədi Daşkəsən rayonunda kiçik sahibkarlıq ekosisteminin inkişafına, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi təşviqinə və təbii bal istehsalının artırılmasına töhfə vermək, bununla yerli icmaların sosial-iqtisadi vəziyyətini daha da yaxşılaşdırmaqdır. 

 

Bu məqsədlə layihənin icra dövrü ərzində “AzerGold” QSC və KOBİA tərəfindən arıçı fermerlərin nəzəri və praktiki təlimlərə cəlb edilməsi, arılara yaz qulluğu, xəstəliklərə və ziyanvericilərə qarşı mübarizə metodları barədə məşğələlərin təşkili, paralel olaraq iştirakçılara dövlət tərəfindən sahibkarlığın inkişafı istiqamətində icra edilən təşkilati, hüquqi və iqtisadi tədbirlər, sahibkarlıq subyektlərinə səmərəli maliyyə resurslarına çıxış, aqrar sığorta işinin təşkili mövzularında seminarların keçirilməsi planlaşdırılır. Təlim və seminarları uğurla yekunlaşdıran arıçı fermerlərə sertifikatların, eləcə də fərdi təsərrüfatlarını inkişaf etdirmələri üçün arı ailələri, müvafiq dərman preparatları, zəruri avadanlıqların təqdim edilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi ilk dəfə ötən il 31 mart – 28 aprel 2022-ci tarixlərində icra edilib. Layihə çərçivəsində təşkil edilən təlimlərdə Çovdar, Bayan, Quşçu və Zəylik kəndlərində fəaliyyət göstərən 24 arıçı fermer iştirak edib. Təlim və praktiki məşğələlərdə iştirak etmiş arıçı fermerlər sertifikatlarla təltif olunub, fermerlərə tələb olunan ləvazimatlarla tam təchiz edilmiş 120 arı ailəsi və müvafiq dərman preparatları verilib. Bundan başqa, Daşkəsən rayonu ərazisində nektar verən akasiya ağaclarının əkini həyata keçirilib.

 

Powered by Froala Editor