Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Asiya İnkişaf Bankının nümayəndələri “Bakı KOB evi”ndə olub Klasterləşmə – sahibkarlar üçün imkanlar və perspektivlər Oğuzda sahibkarlığın inkişafı və biznes imkanları müzakirə olunub “Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək KOB evi modeli, bu mexanizmin sahibkarlar üçün əhəmiyyəti “Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır KOBİA-da Azərbaycan-Qırğızıstan biznes əməkdaşlığına dair görüş keçirilib Sahibkarlar birgə maliyyələşmə proqramından necə yararlana bilərlər? “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-ların nəzərinə! Azərbaycan Texnologiya Universitetinin tələbələri “Gəncə KOB evi”ndə olub
Daşkəsən rayonunda arıçı fermerlərə təlimlər keçirilib 18.04.22
Daşkəsən rayonunda arıçı fermerlərə təlimlər keçirilib

13-15 aprel tarixlərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə Daşkəsən rayonunda icra edilən “Arıçılıq təsərrüfatının inkişafına dəstək layihəsi” çərçivəsində arıçı fermerlərə təlimlər keçirilib. 

3 gün davam edən təlimlərdə Daşkəsən rayonunun Çovdar, Bayan, Quşçu və Zəylik kəndlərində fəaliyyət göstərən arıçılar iştirak ediblər. Layihə çərçivəsində cəlb edilmiş məsləhətçilər tərəfindən arılara yaz qulluğu, xəstəliklərə və ziyanvericilərə qarşı mübarizə metodları, beçələmə və ana arıların yetişdirilməsi qaydaları barədə təlim keçirilib. Eyni zamanda KOBİA-nın KOB İnkişaf Mərkəzinin eksperti tərəfindən iştirakçılara dövlət qayğısı sayəsində sahibkarlığın inkişafı istiqamətində icra edilən təşkilati, hüquqi və iqtisadi tədbirlər, biznes fəaliyyəti üçün yaradılmış əlverişli mühit, sahibkarlıq subyektlərinə səmərəli maliyyə dəstəyinin göstərilməsi mexanizmi haqqında ətraflı məlumatlar verilib. 

Fermerlərə maliyyə resurslarına çıxış, aqrar sığorta işinin təşkili mövzularında nəzəri təlimlər, həmçinin arıxanalarda baytar-sanitar qaydalara uyğun işlərin aparılması, arı ailələrinin məhsuldarlığının və davamlılığının artırılması yollarına dair təsərrüfat şəraitində praktik məşğələlər keçirilib. Proqram çərçivəsində arıçılığa ziyan vuran parazitar xəstəliklərin müalicə və profilaktikası, bu sahə üzrə yeniliklərin tətbiqi istiqamətlərində məlumatlılığın artırılması məqsədilə metodiki təlimat bukletləri paylanılıb. Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb. 

Layihənin növbəti mərhələsində təlimlərdə iştirak etmiş kənd sakinlərinə sertifikatların verilməsi, həmçinin fermerlərin arı ailələri və müvafiq ləvazimatlarla təmin edilməsi, Daşkəsən rayonu ərazisində nektar verən ağac və kolların əkilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsinin məqsədi adı çəkilən bölgədə kiçik sahibkarlıq ekosisteminin inkişafına, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi təşviqinə və təbii bal istehsalının artırılmasına töhfə verməkdir.

Powered by Froala Editor