Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Daha iki marketdə mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların satışı təşkil olunub 21.09.23
Daha iki marketdə mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların satışı təşkil olunub

İstehsal etdikləri qida və qeyri-qida məhsullarını güzəştli şərtlərlə iri ticarət şəbəkələrində satmaq istəyən mikro və kiçik sahibkarlar KOBİA-ya müraciət edə bilərlər.

Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların iri ticarət şəbəkələrində satışının təşkilinə dəstək tədbirləri çərçivəsində daha 2 marketdə daimi satış yerləri yaradılıb. “Megastore” və "Bizim market" supermarketlər şəbəkələrində fəaliyyət göstərən satış yerlərində hazırda 10-a yaxın mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi çay, soyuq sıxım yağlar, un, ədviyyat, bal, sirkə, quru meyvələr, konservləşdirilmiş turşular və sair məhsullar satılır.

Bununla da dövlət dəstəyi çərçivəsində mikro və kiçik sahibkarlıq subyektlərinin məhsullarının iri ticarət şəbəkələrində satışına dəstək üçün yaradılmış daimi satış yerlərinin sayı 8-ə çatıb. Hazırda bu satış yerlərində 25-dən çox mikro və kiçik sahibkarın məhsulları satılır. KOB-ların məhsullarının iri ticarət şəbəkələrində satışının təşkilinə dəstək məqsədilə satış yerlərinin sayının artırılması istiqamətində ticarət şəbəkələri ilə danışıqlar davam etdirilir. 

Qeyd edək ki, mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2021-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq həyata keçirilir. Qaydaya əsasən dövlət dəstəyi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilir. 

İstehsal etdikləri qida məhsullarını "Bravo" (3 daimi satış yeri), "Bolmart" (1 daimi satış yeri), "Bizim market" (2 daimi satış yeri), “Megastore” (1 daimi satış yeri) ticarət şəbəkələrində, qeyri-qida məhsullarını (suvenir, hədiyyə, zərgərlik məhsulları, bijuteriya, oyuncaq və s.) isə "Şərq bazarı" Ticarət Mərkəzində (1 daimi satış yeri)  satmaq istəyən mikro və kiçik sahibkarlıq subyektləri KOBİA-ya müraciət edə bilərlər. KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi və mövcud satış yerləri barədə ətraflı məlumat üçün: https://bit.ly/3OOjF5F  

Powered by Froala Editor