Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Daha 5 sahibkara “Startap” şəhadətnaməsi verilib 27.10.23
Daha 5 sahibkara “Startap” şəhadətnaməsi verilib

İnnovativ fəaliyyət üzrə vergi güzəştlərini nəzərdə tutan “Startap” şəhadətnaməsini almış KOB subyektlərinin sayı 110-a çatıb.  

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da indiyədək “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 110-a çatıb.

“Startap” şəhadətnamələri "Kipias" MMC-nin təmir-dizayn işini asanlaşdıran onlayn platforması, fiziki şəxs Ramin Əkbərovun rəqəmsal biznes şəbəkəsi platforması, "Baku Carsharing Company" MMC-nin avtomobillərin icarəsi üçün proqram təminatı, "Parqour" MMC-nin parkinq üçün proqram təminatı, "Yeni Zeon" MMC-nin mütəxəssislər üçün onlayn xidmətlər layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə formasını, lazım olan digər sənədləri, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatı KOBİA-nın www.smb.gov.az saytından öyrənmək olar. 

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında “Startap” şəhadətnaməsinin verilməsi üçün KOBİA-ya mikro və kiçik sahibkarlardan 77 müraciət daxil olub. Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurasının rəyi əsasında 23-ü mikro, 1-i kiçik sahibkar olmaqla 24 KOB subyektinə şəhadətnamə verilib. “Startap” şəhadətnaməsi almış layihələr fintek, təhsil, səhiyyə, turizm, biznesin rəqəmsallaşması, elektron ticarət üzrə innovativ həlləri özündə ehtiva edən mobil tətbiq və onlayn xidmətləri əhatə edir. 

Powered by Froala Editor