Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Daha 3 könüllü gənc KOBİA-da işlə təmin edildi 12.03.20
Daha 3 könüllü gənc KOBİA-da işlə təmin edildi

“Könüllülər ili”ndə daha 3 könüllü gənc Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) işlə təmin olunub. “KOB könüllüsü” olmuş gənclər təhsillərinə, eləcə də könüllülük müddətində qazandıqları təcrübəyə uyğun olaraq, Agentliyin İnnovasiya, tədris və konsultinq, Hüquq və Maliyyə və təchizat departamentlərində əmək fəaliyyətinə başlayıblar.

Hazırda KOBİA-da ümumilikdə 40 gənc könüllü kimi fəaliyyət göstərir ki, onlardan 12-si Agentliyin baş ofisində, 28-i isə ölkənin 20 şəhər və rayonundakı “KOB Dostu” ofislərində könüllü fəaliyyətinə cəlb olunublar.

“KOB könüllüləri” bu ilin fevralında fəaliyyətə başlamış və sahibkarlara 300-ə yaxın dövlət-biznes və zəruri biznes-biznes xidmətlərinin vahid məkanda təqdim edildiyi Xaçmaz KOB evində də fəaliyyət göstərirlər.

Məlumat üçün qeyd edək ki, gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, peşəkar əmək fəaliyyətinə başlayanadək onlara əmək vərdişlərinin aşılanması, eləcə də sahibkarlara dəstək məqsədilə KOBİA-da 2018-ci ildən “KOB Könüllüləri” Proqramı həyata keçirilir. İndiyədək 150-yə yaxın gənc bu proqrama qoşularaq KOBİA-da və onun regional bölmələrində könüllü olaraq fəaliyyət göstərib. Proqrama qoşulmaq və Agentlikdə könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər KOBİA-nın www.smb.gov.az saytındakı “KOB könüllüsü ol” bölməsində qeydiyyatdan keçə, proqram barədə ətraflı məlumat əldə edə bilərlər.

Powered by Froala Editor