Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Daha 3 KOB İnkişaf Mərkəzi sahibkarların xidmətinə veriləcək 18.08.20
Daha 3 KOB İnkişaf Mərkəzi sahibkarların xidmətinə veriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) başlıca fəaliyyət istiqamətlərindən biri də mikro, kiçik və orta sahibkarların bilik və innovasiyalara çıxışının genişləndirilməsidir.

Bu məqsədlə yaxın günlərdə Bakı və Sumqayıt şəhərlərində, Yevlax rayonunda KOBİA-nın strukturuna daxil olan 3 yeni KOB inkişaf mərkəzi fəaliyyətə başlayacaq.

Hazırda mərkəzlərin fəaliyyətinin təşkili istiqamətində müvafiq tədbirlər görülür.

KOB inkişaf mərkəzlərində Bakı şəhəri, eləcə də Abşeron və Aran iqtisadi rayonları üzrə biznesə başlamaq istəyənlərə, mikro və kiçik sahibkarlıq subyektlərinə biznesyönümlü təlim və seminarların təşkili, məsləhət xidmətləri, təcrübə proqramlarında iştirak, məlumatlandırma və maarifləndirmə tədbirləri, biznes ideyaların mövcud maliyyə resurlarına yönləndirilməsi istiqamətlərində ödənişsiz dəstək və xidmətlər göstəriləcəkdir.

Məlumat üçün qeyd edək ki, ilk KOB İnkişaf Mərkəzi Xaçmaz şəhərində yaradılıb. 2020-ci ilin fevral ayından fəaliyyət göstərən Xaçmaz KOB İnkişaf Mərkəzinin təlim və məsləhət xidmətlərindən 120-dən çox KOB subyekti yararlanıb. Mərkəzin əlaqələndirməsi ilə indiyədək 4 sahibkarın biznes ideyası maliyyələşdirilib, 4 yeni KOB subyektinin və 5 MMC-nin yaradılmasına dəstək göstərilib.

Powered by Froala Editor