Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib 14.10.24
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

“Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət etmiş 16 KOB subyektinin müraciətinə baxılıb. Onlardan 10-na müvafiq sənədin verilməsi barədə Ekspertlər Şurasının rəyinə əsasən qərar qəbul edilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 174-ə çatıb.

“Startap” şəhadətnamələri "Seaya" MMC-nin fərdi evlərin və otellərin rezervasiyası və idarə edilməsi üzrə onlayn platforması, "Eurasia Group" MMC-nin kardio monitorinq və diaqnostika üçün rəqəmsal platforması, “Qbit Technologies” MMC-nin əmlak alqı-satqı və xidmət platforması, "Printfable" MMC-nin fərdi dizaynların onlayn hazırlanması və sifarişi üçün platforması, “Eventa” MMC-nin kütləvi tədbir təşkilatçıları üçün idarəetmə və bilet satışı üçün onlayn platforması, “Billing Pro” MMC-nin borcların hesablanması və yığımı üçün onlayn platforması, “Avtomend” MMC-nin avtomobil parklarının idarə edilməsi üçün onlayn platforması, "Metanoia" MMC-nin dini maarifləndirmə, halal məhsulların satışı üçün onlayn platforma və mobil tətbiq, fərdi sahibkarlar Orxan Məmmədovun anbar idarəetmə, ticarət və mühasibat uçotu üçün mobil tətbiq, Novruz Novruzovun nəqliyyat vasitələrinin icarəsi və ortaq istifadəsi (carsharing) üçün onlayn platforması layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi 

Powered by Froala Editor