Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib
Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq 26.08.26
Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.

“Startap” şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının iclasında daha 16 layihəyə baxılıb. Nəticədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. “Startap” şəhadətnaməsi almış KOB subyektləri şəhadətnaməni aldıqları tarixdən etibarən 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad ediliblər.  

“Startap” şəhadətnamələri “Smartcart” MMC-nin pərakəndə ticarət obyektlərində özünəxidmət əsaslı alış-veriş və ödəniş proseslərinin rəqəmsal idarə olunmasını təmin edən platforması, “İ Happy” MMC-nin rəqəmsal hədiyyə kartlarının əldə edilməsi, idarə olunması və istifadəsini təmin edən onlayn platforması, “Kataloq Shop” MMC-nin satış, inventar, CRM və logistika proseslərini vahid sistem üzərindən idarə edən onlayn platforması, “Eintree Solutions” MMC-nin ictimai iaşə obyektlərində sifariş və idarəetmə proseslərini vahid platformada birləşdirən rəqəmsal həlli, “Dahacox” MMC-nin gül və hədiyyələr üçün elektron ticarət (marketpleys) platforması, “FitNest” MMC-nin idman və sağlam həyat tərzi xidmətləri üçün vahid rəqəmsal platforması üçün təqdim edilib. Həmçinin fiziki şəxslər Bəhruz Quliyevin yükdaşımaların sifarişi, izlənilməsi və idarə edilməsini təmin edən rəqəmsal logistika və Ümid Rzazadənin restoranların sifariş və idarəetmə proseslərini optimallaşdıran rəqəmsal idarəetmə platformalarına, “Talantly” MMC-nin istedadların qiymətləndirilməsi və karyera inkişafını dəstəkləyən süni intellekt əsaslı platforması, “Modbender” MMC-nin rəqəmsal platformalarda təqdim olunan geyim və aksesuarların modaya uyğun kombinasiya edilməsini təmin edən rəqəmsal xidmətinə də “Startap” şəhadətnamələri verilib. 

Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 302-yə çatıb.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və tələb olunan sənədlər, həmçinin meyarlar barədə ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə etmək mümkündür: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi 

 

Powered by Froala Editor