Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
“Çiçəklənən Abşeron” layihəsi Novxanıda 25.06.20
“Çiçəklənən Abşeron” layihəsi Novxanıda

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Bakı Abadlıq Xidməti” MMC tərəfindən birgə həyata keçirilən “Çiçəklənən Abşeron” layihəsindən bu dəfə Abşeron rayonunun Novxanı qəsəbəsinin sakinləri yararlanıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Əli Qasımovun iştirakı ilə Novxanı qəsəbəsində yaşayan ailələrə müxtəlif bitkilər (lavanda, bibəriyyə və s.) təqdim edilib. Ümumilikdə layihə çərçivəsində Novxanıda yaşayan 300-ə yaxın ailənin hər birinə 250-1000 arası müxtəlif bitkilərin verilməsi nəzərdə tutulur. Hər bir ailə onun üçün müəyyən edilmiş aylıq vəsait qarşılığında bu bitkilərə qulluq edəcək. Bitkilər 6-12 ay müddətində ailələrdən geri götürüləcək və onların istəyinə uyğun olaraq yeniləri ilə əvəz edilə bilər.

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı mövcud karantin şəraitində “Çiçəklənən Abşeron” layihəsinin əhəmiyyəti ondan ibarətdir ki, ailələr yaşadıqları evləri tərk etmədən, öz həyətyanı sahələrində bitkiləri yetişdirməklə əlavə gəlir əldə edir və ailə büdcələrinə dəstək olurlar.

“Çiçəklənən Abşeron” layihəsinin məqsədi özünüməşğulluğun inkişafına, aztəminatlı ailələrin daha çox gəlir əldə etməsinə və ailə təsərrüfatlarının inkişafına dəstək olmaq, həmçinin yaşıllıqların artırılmasına, bitkiçiliyin və kənd təsərrüfatı emalının inkişafına töhfə verməkdir. Layihə çərçivəsində becərilən bitkilər hazırda abadlıq işlərində istifadə olunur. Gələcəkdə isə bu bitkilərin emalda, müxtəlif kosmetik və farmaseptik məhsulların və yağların istehsalında istifadə olunması, eləcə də xammal kimi ixracı nəzərdə tutulur.

Ümumilikdə, bu ilin əvvəlindən reallaşdırılan “Çiçəklənən Abşeron” layihəsi çərçivəsində Balaxanı, Zirə və Novxanı qəsəbələri üzrə yaşayan 800-ə yaxın aztəminatlı ailəyə 200 minə yaxın müxtəlif bitkilərin verilməsi nəzərdə tutulub. "Çiçəklənən Abşeron" layihəsi növbəti mərhələdə Ramana və Şüvəlan qəsəbələrində həyata keçiriləcək.

Qeyd edək ki, KOBİA-nın təsis etdiyi “BİRGƏ” MMC ilə “Bakı Abadlıq Xidməti” MMC-nin nəzdində fəaliyyət göstərən “Balaxanı Green Garden” arasında bu ilin aprelində “Çiçəklənən Abşeron” layihəsinin icrasına dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Powered by Froala Editor