Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Cenevrədə KOBİA-nın dəstəyi ilə Azərbaycanın logistika və enerji potensialına dair dəyirmi masa təşkil olunub 23.09.22
Cenevrədə KOBİA-nın dəstəyi ilə Azərbaycanın logistika və enerji potensialına dair dəyirmi masa təşkil olunub

Sentyabrın 22-də Cenevrədə “Azərbaycan 2022: Avropa və Asiya üçün enerji mənbəyi və logistika mərkəzi” mövzusunda Dəyirmi Masa keçirilib.

 

Tədbir Cenevrə Ticarət, Sənaye və Xidmətlər Palatasının (CCIG) təşkilatçılığı, İsveçrə-Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz Birgə Ticarət Palatası (JCC), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "SOCAR Trading"in dəstəyi ilə təşkil olunub.

 

Dəyirmi masada Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Cenevrə Ticarət, Sənaye və Xidmətlər Palatasının direktoru Nathalie Hardyn, İsveçrə-Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz Birgə Ticarət Palatasının idarəedici direktoru Dorit Sallis, İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Cənubi Qafqaz və digər ölkələr üzrə idarəsinin müdiri Seraina Siqron və "SOCAR Trading”in təmsilçisi Tağı Tağızadə mövzu ilə bağlı çıxış ediblər.

 

Tədbir çərçivəsində KOBİA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO və İsveçrənin "M&M" şirkəti tərəfindən müvafiq olaraq ölkəmizdə KOB-lara göstərilən dəstək və xidmətlərə, Azərbaycanın investisiya potensialına, logistika və enerji imkanlarına dair təqdimatlar keçirilib.

 

Həmçinin tədbir çərçivəsində KOBİA, İsveçrə-Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz Birgə Ticarət Palatası (JCC) və “Swiss Alternative Financing” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Powered by Froala Editor