Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Cəlilabad və Göyçayda sahibkarlarla görüş keçirilib 29.10.24
Cəlilabad və Göyçayda sahibkarlarla görüş keçirilib

Qadın sahibkarlığın inkişafı və istixana fəaliyyətinə həsr olunmuş görüşlərdə sahibkarların fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Cəlilabad rayonunda qadın sahibkarlığının inkişafı mövzusunda görüş keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri və 40-a yaxın sahibkarlıq subyekti iştirak edib. 

Qadın sahibkarların dəstəklənməsi, onların üzləşdiyi çətinliklərin və həlli yollarının müzakirə olunması, sahibkarlığa dəstək göstərən qurumların xidmətləri barədə məlumatlandırma məqsədilə təşkil edilmiş görüşdə müvafiq təşkilatların nümayəndələri və sahibkar qadınlar arasında fikir mübadiləsi aparılıb. Görüş çərçivəsində qadın sahibkarların tikinti icazələrinin alınması, məhsulların satışına dəstəyin göstərilməsi, təsərrüfat subyektlərinə elektrik xəttinin çəkilməsi, özünüməşğulluq proqramı çərçivəsində avadanlıqların əldə edilməsi və güzəştli kreditlərlə bağlı sualları cavablandırılıb, təklifləri dinlənilib. 

Göyçay rayonunda isə “İstixana sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzsusunda sahibkarlarla görüş keçirilib. Göyçay və ətraf kəndlərdə fəaliyyət göstərən fermerlərin və aidiyyəti qurumların nümayəndələrinin iştirak etdiyi görüşdə sahibkarlara göstərilən dövlət dəstəyi tədbirləri barədə məlumat verilib, istixanalarda yarana biləcək xəstəliklərlə mübarizə, məhsulun satışı, biznesin maliyyələşdirilməsi və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin, fermerlər müvafiq istixana təsərrüfatının fəaliyyəti ilə tanış olub, təcrübə mübadiləsi aparıblar.

Powered by Froala Editor