Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Çay məcralarından istifadə qaydalarının pozulması ekoloji problemə səbəb olur 13.04.22
Çay məcralarından istifadə qaydalarının pozulması ekoloji problemə səbəb olur

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları İmişli rayonunda karxana fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş keçirib.


Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əməkdaşları ilə yanaşı, İqtisadiyyat Nazirliyinin aidiyyəti üzrə nümayəndələri, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələri və karxana sahibləri iştirak ediblər.


AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, toplantı zamanı istismarçıların karxana fəaliyyətinin hüquqi əsaslarına dair sualları cavablandırılıb. Qeyd edilib ki, görüşlərin təşkil olunmasında əsas məqsəd karxana fəaliyyəti ilə məşğul olan sahibkarları bu sahənin hüquqi normaları haqqında maarifləndirmək və onların qarşılaşdıqları problemlər ilə tanış olmaq, hər birini dinləməkdir.


Qarşılıqlı fikir mübadiləsi zamanı Agentliyin mütəxəssisləri tərəfindən faydalı qazıntı yataqlarının istismar qaydaları, hüquqi tənzimlənməsi sual-cavab formatında istismarçıların diqqətinə çatdırılıb. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Azər Şükürov açıqlamasında bildirib ki, mövcud məsələ tək İmişli ərazisində deyil, bütövlükdə Respublika üzrə çay hövzələrində fəaliyyət göstərən karxanaları əhatə edir. Məqsəd sahibkarları maarifləndirməkdir. Əsas məsələ bundan ibarətdir ki, çay hövzələrində karxana kimi qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərmək üçün üç dövlət qurumunun - Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Meliorasiya və Təsərrüfatı ASC-nin razılığı olmalıdır. Hər üç qurum müvafiq rəy qəbul etdikdən sonra karxanalar çay məcrasına ziyan vurmamaq şərti ilə fəaliyyətə başlaya bilər. Lakin aparılan müşahidələr zamanı bir çox karxanalarda fəaliyyət prinsiplərinin pozulduğu və nəticədə çay məcrasını dəyişdiyi üçün hidroloji problemlər ortaya çıxır.


Karxanaların belə fəaliyyəti nəticəsində demək olar ki, Araz çayı artıq yerində deyil və antropogen fəaliyyət nəticəsində yaranan böyük göllər və həmin ərazidə yığılan şor sular ətraf flora və faunaya ciddi təhlükə sayılır. Hazırda qarşıda duran əsas məsələ bu halların qarşısını almaqdır. Sahibkarlarla keçirilən görüşün məqsədi də ondan ibarətdir ki, fəaliyyət prinsiplərini qanuna uyğun qursunlar. Karxana fəaliyyətinin əsas prinsipi çay məcrasını dəyişməmək şərti ilə, bərpaolunan inet materiallardan istifadə etməkdir. Eyni zamanda, qazıntı aparan zaman çayın alt layı qorunmalıdır. Çünki çaylar yeraltı sulardan qidalanır və həmin alt lay zədələnərsə, artıq çay suları yeraltı suları qidalandırmağa başlayır ki, bu fakt çox təhlükəli ekoloji problem sayılır.


https://azertag.az/xeber/CHay_mecralarindan_istifade_qaydalarinin_pozulmasi_ekoloji_probleme_sebeb_olur-2092064

Powered by Froala Editor