Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
“Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektlərinin nəzərinə! 26.04.23
“Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektlərinin nəzərinə!

 KOB subyektlərinin məhsullarının tanıdılmasına dəstək məqsədilə “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərində xüsusi stend qurulacaq. 

17-19 may 2023-cü il tarixlərində Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (“İnterFood Azerbaijan”) sərgiləri keçiriləcək.

Sərgilərdə bitkiçilik, baytarlıq, heyvandarlıq, quşçuluq və balıqçılıq məhsulları, suvarma avadanlıqları, qənnadı, ət, meyvə-tərəvəz, süd məhsulları, şirələr, çay, tütün və digər qida məhsulları və müvafiq sahədə xidmətlər təqdim ediləcək. 

Əvvəlki illərdə olduğu kimi bu il də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin müvafiq sərgilərdə iştirakına dəstək göstəriləcək. Belə ki, sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin ediləcək dövlət dəstəyi hesabına KOB subyektlərinin məhsullarının tanıdılması üçün xüsusi stend qurulacaq. 

Məhsul və xidmətlərini KOBİA-nın stendində sərgiləmək istəyən KOB-lar 7 may 2023-cü il tarixinə qədər aşağıdakı link vasitəsilə müvafiq formanı dolduraraq (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “Caspian Agro” və ya “İnterFood Azerbaijan” qeyd olunmalıdır) müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1

Powered by Froala Editor