Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Bu ilin ötən dövründə 35 “Startap” şəhadətnaməsi verilib 21.07.26
Bu ilin ötən dövründə 35 “Startap” şəhadətnaməsi verilib

“Startap” şəhadətnaməsi almış layihələr e-ticarət, süni intellekt, fintek, təhsil, ictimai iaşə, nəqliyyat və logistika, elektromobillərin enerji infrastrukturu sahələrini əhatə edir.

2026-cı ilin yanvar-iyun aylarında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) “Startap” şəhadətnaməsi almaq üçün mikro və kiçik sahibkarlıq subyektlərindən 87 müraciət daxil olub. Müraciətlər müvafiq sənədin verilməsi üzrə yaradılmış Ekspertlər Şurası tərəfindən Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən qiymətləndirilib və 35 sahibkara “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub. 

Şəhadətnamə almış sahibkarların 28-i hüquqi, 7-i fiziki şəxsdir. Onların 26-sı Bakı şəhərində, 9-u isə regionlarda fəaliyyət göstərir. Müvafiq sənədi almış sahibkarların 2-si qadındır. 

“Startap” şəhadətnaməsi almış layihələr e-ticarət, süni intellekt, fintek, təhsil, ictimai iaşə, nəqliyyat və logistika, elektromobillərin enerji infrastrukturu, sənaye, turizm, biznes proseslərinin rəqəmsallaşdırılması kimi sahələrdə innovativ həlləri əhatə edir. 

Ümumilikdə indiyədək 282 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. 

Qeyd: “Startap” şəhadətnaməsinin verilməsinə 2021-ci ildən başlanılıb. Bu sənəd KOBİA tərəfindən verilir. “Startap” şəhadətnaməsi sahibkarı 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən azad edir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Ətraflı məlumt üçün: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi 

Powered by Froala Editor