Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Böyük Britaniya ilə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib 24.05.19
Böyük Britaniya ilə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Londonda keçirilmiş Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclasındakı çıxışında İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığın belə istiqamətlərdən olduğunu qeyd edib. “Ölkələrimiz arasında ticarət strukturunun zənginləşdirilməsi və bunun qeyri-neft sektoru üzrə məhsullar hesabına reallaşdırılması məqsədəuyğun olardı. Hər iki ölkədə mövcud sərmayə və ticarət imkanlarının araşdırılması, qarşılıqlı investisiya qoyuluşlarının, ticarət və biznes əlaqələrinin təşviqi və genişləndirilməsi məqsədilə biznes forum, sərgi kimi birgə tədbirlərin təşkili, ixrac qabiliyyətli məhsullara dair məlumat mübadiləsi əhəmiyyətlidir. Bununla yanaşı, texnologiyaların mübadiləsi, birgə innovativ layihələrin həyata keçirilməsi hər iki ölkənin kiçik və orta sahibkarlıq subyektləri üçün maraqlı ola bilər” deyə KOBİA sədri vurğulayıb.

Hökumətlərarası Komissiyanın iclası çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Böyük Britaniyanın Biznes, Energetika və Sənaye Strategiyası Departamenti, Ticarət və Sənaye Məsələləri Nazirliyinin tabeliyində İxrac Kreditlərinə Zəmanət Departamentində görüşlər keçirib. Bu görüşlərdə kiçik və orta sahibkarlıq sahəsində mümkün ikitərəfli əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Powered by Froala Editor