Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq imkanları müzakirə edilib 15.07.19
BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüş keçirilib.

Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində KOBİA-nın fəaliyyəti, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlar üçün yeni biznes imkanlarının təmin edilməsi, onların müxtəlif dəstək mexanizmlərinə çıxışının genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığı istiqamətində həyata keçirilən proqramlar və strateji təşəbbüslər haqqında ətraflı məlumat verib.

UNDP-nin Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti təmsil etdiyi qurumun beynəlxalq səviyyədə və Azərbaycanda həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib, Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasında özəl sektorun rolunun əhəmiyyətini qeyd edib. Alessandro Frakasseti KOBİA-nın fəaliyyət istiqamətləri üzrə xüsusilə regionlarda sahibkarların bilik və bacarıqlarının artırılması, həssas qrupların məşğulluğu istiqamətində gənclərin, qadınların və əlillərin sahibkarlıq imkanlarının genişləndirilməsi sahəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

Powered by Froala Editor