Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
“Biznesdə Qadınların Gücü” layihəsinə müraciətlərin qəbulu davam edir 10.11.22
“Biznesdə Qadınların Gücü” layihəsinə müraciətlərin qəbulu davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Rabitəbank” ASC-nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) tərəfdaşlığı ilə “Biznesdə Qadınların Gücü” layihəsinə müraciətlərin qəbulu davam edir.

17 oktyabrdan start götürən layihəyə müxtəlif sahələr (qida, tekstil, turizm, təhsil və digər) üzrə KOB subyekti olan qadın sahibkarlar müraciət etməkdədir. Layihədə iştirak etmək üçün daha çox bölgələrdə fəaliyyət göstərən qadın sahibkarlar maraqlıdırlar.

Layihə çərçivəsində Qax rayonunda 60 nəfər qadının iştirakı ilə məlumatlandırıcı tədbir keçirilib. 

Qeyd edək ki, “Biznesdə Qadınların Gücü” layihəsinin məqsədi qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına dəstək göstərmək, onların işgüzar fəallığının artırılması, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində əlaqələrin qurulmasına şərait yaradılmasıdır. Layihə 2022-ci ilin oktyabr ayından 2023-cü ilin mart ayına qədər olan dövrü əhatə edir. Layihənin sonunda layihənin icrası prosesinə cəlb edilmiş qadın sahibkarların təqdim etdiyi ən yaxşı 3 layihə seçilərək, qaliblərə bizneslərinə dəstək üçün pul mükafatları (1-ci yer 5000 AZN, 2-ci yer 3000 AZN, 3-cü yer 2000 AZN) təqdim ediləcək. Eyni zamanda layihə çərçivəsində qadın sahibkarlar üçün müxtəlif mövzularda təlimlər, istehsalat təcrübəsi, “netvörkinq” tədbirləri təşkil ediləcəkdir.

Layihəyə müraciətlərin qəbulu 9 dekabr 2022-ci il saat 18.00-dək davam edəcək. Layihədə iştirak etmək istəyən qadın sahibkarlar aşağıdakı linkə daxil olaraq, müraciət edə bilərlər: https://bit.ly/3iGusBu 

Əlavə məlumat üçün: Aygün Əhmədova, e-mail: aygun.ahmadova@smb.gov.az, telefon: (+994) 55 792 24 26.

Powered by Froala Editor