Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Biznes üçün sığortanın əhəmiyyətinə dair təlim keçirilib 07.11.20
Biznes üçün sığortanın əhəmiyyətinə dair təlim keçirilib

Sahibkarlıq subyektləri fəaliyyətləri dövründə müxtəlif zərər və itkilərlə qarşılaşa bilərlər. Bu baxımdan sahibkarların, xüsusilə də mikro, kiçik və orta biznes subyektlərinin sahibkarlıq fəaliyyətlərini sığortalaması vacibdir. Sığortanın biznes üçün əhəmiyyəti ilə bağlı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mütəmadi olaraq KOB-lar arasında maarifləndirmə işləri həyata keçirilir, təlim və seminarlar təşkil olunur, məsləhət xidmətləri göstərilir.

Bu istiqamətdə növbəti tədbir KOBİA-nın Sumqayıt KOB İnkişaf Mərkəzində keçirilib. Sığorta ilə bağlı təşkil olunmuş təlimdə Sumqayıt şəhərində fəaliyyət göstərən KOB-lar və potensial sahibkarlar iştirak ediblər. Tədbirdə təlimçi-ekspert Ramidə Əliyeva iştirakçılara müasir dövrdə sığortanın önəmi, sahibkar (işə götürən) tərəfindən işçilərin icbari sığortalanması, biznesin könüllü sığortası, tərəflərin hüquqi məsuliyyəti və s. barədə məlumat verib. Qarşılıqlı müzakirə formatında təşkil olunmuş təlim çərçivəsində iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.

Qeyd edək ki, mikro, kiçik və orta biznes subyektləri Sumqayıt KOB İnkişaf Mərkəzi, eləcə də Bakı və Xaçmaz şəhərlərində fəaliyyət göstərən KOB inkişaf mərkəzləri tərəfindən sığorta və digər mövzularda təşkil olunan təlimlər barədə ətraflı məlumatı www.kobim.az saytından öyrənə və bu təlimlərdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Powered by Froala Editor