Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
​Biznes tərəfdaşlığına dair tədbir keçirilib 03.02.20
​Biznes tərəfdaşlığına dair tədbir keçirilib

Fevralın 1-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Kapital Bank” ASC və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə biznes tərəfdaşlığına həsr olunmuş “Partners and Business” mövzusunda tədbir keçirilib.

Yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması və bu istiqamətdə müzakirələrin aparılması məqsədilə təşkil olunmuş tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 600-ə yaxın sahibkarlıq subyekti iştirak edib.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) nümayəndəsi Nərmin Mirzəyeva, "Kapital Bank” ASC-nin nümayəndəsi Fərid Hidayətzadə, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva və “Marsol” MMC-nin təsisçisi Tural Mustafayev ölkəmizdə sahibkarlığın inkişafı, bu sahədə həyata keçirilən tədbirlər, biznes tərəfdaşlığının əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, biznes tərəfdaşlığı sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq 20-22 fevral tarixlərində Bakı İdman Sarayında sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlərin məhsullarından və xidmətlərindən ibarət sərgi keçiriləcək. Bu sərgidə 150-dək yerli şirkətin iştirakı nəzərdə tutulur.

Tədbir çərçivəsində uğurlu fəaliyyətinə görə bir sıra sahibkarlıq subyektləri mükafatlandırılıb, eləcə də kiçik və orta sahibkarlığa dəstək, biznesin inkişafı, korporativ sosial məsuliyyət, sahibkarlığın inkişafında bankların rolu, şərikli biznes mövzularında panel müzakirələr keçirilib.

Powered by Froala Editor