Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Biznes məktəbinin şagirdləri “Bakı KOB evi”ndə olublar 02.03.24
Biznes məktəbinin şagirdləri “Bakı KOB evi”ndə olublar

Şagirdlər KOB evinin fəaliyyəti ilə tanış olub, onların iş adamları ilə görüşü təşkil edilib. 

 

Məktəblilər arasında erkən yaşlarda sahibkar düşüncə tərzinin təşviqi onların potensialının üzə çıxarılması, yeni ideyaların formalaşması, yaradıcı tərəflərinin inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Bu baxımdan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) biznesə yeni başlayan gənclər və startaplar, eləcə də məktəblər və ali təhsil müəssisələri ilə əməkdaşlıq edir. 


Uşaq və yeniyetmələrin sahibkarlıq sahəsində ilkin bilik və bacarıqlara yiyələnməsini tədris edən "Miniboss Business School Baku"nun şagirdləri martın 1-də “Bakı KOB evi”nin qonağı olublar. KOB evinin əməkdaşları tərəfindən məktəblilərə vahid məkanda sahibkarlara xidmət mərkəzi olan KOB evi, burada dövlət və özəl qurumlar tərəfindən biznes subyektlərinə göstərilən xidmətlər barədə ətraflı məlumat verilib. 


Sonra KOBİA-nın dəvəti ilə iş adamları Fərid Novruzi və Afət Əhmədovanın şagirdlərlə görüşü təşkil olunub. Görüşdə sahibkarlar biznes təcrübələrini bölüşüb, məktəbliləri maraqlandıran sualları cavablandırıblar. 

Powered by Froala Editor