Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar qiymətli kağızlar bazarının üstünlükləri barədə məlumatlandırılıblar İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər
“Biznes akademiyası” layihəsi çərçivəsində təlimlərə start verilib 27.01.25
“Biznes akademiyası” layihəsi çərçivəsində təlimlərə start verilib

Təlimlərdə uşaqlar və gənclər arasında biznes düşüncə tərzi inkişaf etdirilir. 


25 yanvar tarixindən etibarən “Biznes akademiyası” layihəsi çərçivəsində uşaqlar və gənclər üçün biznes təlimlərinə start verilib. Təlimlər hər həftənin şənbə günü “Bakı KOB evi”nin nəzdində fəaliyyət göstərən Startap İnkişaf Mərkəzində keçirilir. 

Aprelin 12-dək davam edəcək təlimlər nəzəri və praktik hissələrdən ibarətdir. Təlimlərdə peşəkar mütəxəssislər tərəfindən uşaqlara biznesə dair əsas anlayışlar barədə məlumat verilir, onların liderlik və sahibkarlıq, komandada işləmək və qərar qəbul etmə, tərəfdaşlarla danışıqlar aparmaq, ictimaiyyət qarşısında çıxış etmək bacarıqları inkişaf etdirilir, komanda şəklində startap layihələri üzərində işləyirlər. 2 aylıq proqramı başa vuran iştirakçılara beynəlxalq sertifikat təqdim ediləcəkdir. 

Qeyd edək ki, “Biznes akademiyası” layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Miniboss” biznes məktəbi tərəfindən 10 yaşından yuxarı uşaqlar və gənclər üçün nəzərdə tutulub. Məqsəd uşaqlar və gənclər arasında liderlik bacarıqlarını formalaşdırmaq, biznes düşüncəsini inkişaf etdirməkdir. 

Powered by Froala Editor