Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Bir şirkət eyni layihə üzrə təkrar “Startap” şəhadətnaməsi ala bilərmi? 17.03.26
Bir şirkət eyni layihə üzrə təkrar “Startap” şəhadətnaməsi ala bilərmi?

Hər bir layihəyə yalnız bir dəfə “Startap” şəhadətnaməsi verilir. Lakin bir şirkətə fərqli ideya və layihələr üzrə “Startap” şəhadətnamələri verilə bilər. 

Qeyd edək ki, “Startap” şəhadətnaməsini alan mikro və kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir. “Startap” şəhadətnaməsi innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli, bazarda yüksək tələb ilə qarşılanan, eləcə də digər startap məhsulu və ya xidməti ilə eynilik təşkil etməyən məhsul və xidmətlərə təqdim edilir. Mikro və kiçik sahibkarlar innovativ layihələrinə “Startap” şəhadətnaməsinin verilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edə bilərlər.





Powered by Froala Editor