Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Biləsuvarda tikiş fabriki fəaliyyətə başlayıb 31.01.25
Biləsuvarda tikiş fabriki fəaliyyətə başlayıb

Regionlarda istehsal və emal müəssisələri yaratmaq istəyən sahibkarlar dəstək üçün KOBİA-nın KOB dostlarına müraciət edə bilərlər.

Biləsuvar rayonunda yeni tikiş fabriki fəaliyyətə başlayıb. Regionda sənayenin inkişafı və məşğulluğun təmin olunmasına öz töhfəsini verəcək müəssisənin qurulmasına Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstək göstərilib. Belə ki, Agentlik fabrikin yaradılması üçün sahibkara dövlət dəstəyi mexanizmləri barədə məsləhət xidməti, istehsal fəaliyyətini həyata keçirmək üçün obyektin tapılması, aidiyyəti qurumlarla əlaqələndirməklə işçilərin peşə hazırlığı kurslarına cəlb edilməsi və dövlətin güzəştli kreditinə çıxış istiqamətində dəstək göstərib. 

Tekstil sahəsində 10 illik təcrübəyə malik fərdi sahibkarın yaratdığı müəssisə istehsal ərazisi və yardımcı infrastruktur olmaqla ümumilikdə 1000 m²-ə yaxın sahəni əhatə edir. Müəssisənin qurulmasına ilkin mərhələdə 120 min manat həcmində investisiya yatırılıb. Hazırda burada 16 işçi çalışır ki, onların əksəriyyəti qadınlardır. Növbəti mərhələdə isə müəssisədə 70-80 nəfərin məşğulluğunun təmin olunması planlaşdırılır. Müəssisə ekoloji baxımdan zərərli tullantılar yaratmır və ətraf mühitə mənfi təsir göstərmir.

Regionlarda istehsal və emal müəssisələri yaratmaq istəyən sahibkarlıq subyektləri dövlət dəstəyi mexanizmləri barədə informasiya, məsləhət xidməti, əlaqələndirmə və digər dəstəklər üçün KOBİA-nın bölgədə fəaliyyət göstərən KOB dostu ofisinə müraciət edə bilərlər. 

Powered by Froala Editor