Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Biləsuvar rayonunda sahibkarlarla görüş keçirilib 01.08.23
Biləsuvar rayonunda sahibkarlarla görüş keçirilib

Biləsuvarda fəaliyyətə başlayan KOB dostu rayonda biznesin inkişafına, yeni KOB-ların yaranmasına, sahibkarların investisiya təşəbbüslərinin reallaşdırılmasına və maraqlarının müdafiəsinə dəstək göstərəcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB dostu şəbəkəsinin fəaliyyəti genişlənməkdə davam edir. Şirvan-Salyan iqtisadi rayonu üzrə sayca 3-cü KOB dostu ofisi Biləsuvar rayonunda fəaliyyətə başlayıb. 

KOBİA və Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şirvan-Salyan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüşdə KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib.  

Görüşdə Biləsuvar rayonunda fəaliyyət göstərən müvafiq dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti və KOB dostu mexanizmi barədə məlumat verib. Qeyd olunub ki, hazırda ölkənin 42 şəhər və rayonunda KOB dostu ofisləri fəaliyyət göstərir. KOB dostu Biləsuvarda biznesə başlamaq istəyən potensial sahibkarlara və mövcud bizneslərə dövlət dəstəyi mexanizmləri, o cümlədən Agentliyin xidmətləri çərçivəsində zəruri dəstəyi təmin edəcək. KOB dostu rayonda yeni biznes subyektlərinin yaranması, sahibkarların qanuni maraqlarının müdafiəsi və onların investisiya təşəbbüslərinin reallaşdırılması istiqamətində müvafiq tədbirlər görəcək. KOBİA sədri mikro, kiçik və orta biznes subyektlərini KOB dostu ilə fəal əməkdaşlığa dəvət edib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayonda sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışaraq, KOB dostunun fəaliyyətinin rayonda mikro, kiçik və orta sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni bizneslərin yaranmasında əhəmiyyətli olacağını qeyd edib.

Tədbirdə həmçinin, KOB dostu mexanizmi, KOBİA-nın mikro və kiçik sahibkarlara göstərdiyi dəstək barədə filmlər nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Sonra tədbir iştirakçıları Biləsuvar rayonu Heydər Əliyev Mərkəzində yerləşən KOB dostu ofisində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olublar. 

Powered by Froala Editor