Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Asiya İnkişaf Bankının nümayəndələri “Bakı KOB evi”ndə olub Klasterləşmə – sahibkarlar üçün imkanlar və perspektivlər Oğuzda sahibkarlığın inkişafı və biznes imkanları müzakirə olunub “Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək KOB evi modeli, bu mexanizmin sahibkarlar üçün əhəmiyyəti “Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır KOBİA-da Azərbaycan-Qırğızıstan biznes əməkdaşlığına dair görüş keçirilib Sahibkarlar birgə maliyyələşmə proqramından necə yararlana bilərlər? “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-ların nəzərinə! Azərbaycan Texnologiya Universitetinin tələbələri “Gəncə KOB evi”ndə olub
Beynəlxalq vebinarda Azərbaycanda KOB-ların rəqəmsallaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verilib 19.05.21
Beynəlxalq vebinarda Azərbaycanda KOB-ların rəqəmsallaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verilib

“Mikro, kiçik və orta sahibkarlıq müasir iqtisadiyyatın hərəkətverici qüvvəsidir və rəqəmsal texnologiyaların mənimsənilməsi səviyyəsi ümumilikdə ölkədə innovativ inkişaf səviyyəsinin göstəriciləri sırasındadır. Qlobal pandemiya da KOB-ların davamlı və dayanıqlı inkişafı üçün rəqəmsallaşmanın vacibliyini bir daha göstərdi. Azərbaycan hökuməti tərəfindən 2030-cu il üçün Milli Prioritetlər çərçivəsində hazırlanmaqda olan sosial-iqtisadi inkişaf strategiyasında KOB-ların rəqəmsallaşdırılması mühüm elementlərdəndir”.


Bu barədə mayın 18-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) “Şərq tərəfdaşlığı ölkələrində KOB-ların rəqəmsallaşmasının təşviqi” mövzusunda təşkil olunmuş vebinarda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov məlumat verib. Qeyd olunub ki, Agentlik müxtəlif dəstək mexanizmləri, bilik və məlumatlılıq səviyyəsinin yüksəldilməsi və elektron infrastrukturun genişləndirilməsi vasitəsilə KOB-ların rəqəmsallaşdırılmasını təşviq edir. Belə ki, Agentlik vasitəsilə təmin edilən daxili bazar araşdırmasının aparılmasına maliyyə dəstəyinin göstərilməsi, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi və “Startap” şəhadətnaməsinin verilməsi rəqəmsallaşma ekosistemini dəstəkləyən mühüm mexanizmlərdəndir. KOB-ların rəqəmsallaşma üzrə bilik və bacarıqlarının artırılması istiqamətində KOB inkişaf mərkəzləri tərəfindən həyata keçirilən təlim və məsləhət xidmətlərinin davamı olaraq onlayn təlim platforması yaradılmaqdadır. KOB evlərində sahibkarlara vahid məkanda göstərilən xidmətlərin onlayn platformaya keçirilməsi istiqamətində də işlər görülür və bu məqsədlə e-KOB evi portalı yaradılır. Həmçinin, KOB-ların məhsul və xidmətlərini tanıtmaq və onlayn satışına dəstək olmaq məqsədilə onlayn satış platforması hazırlanır. Tədbirdə həmçinin bildirilib ki, bu yaxınlarda İƏİT-nin dəstəyi ilə icrasına start verilən “Azərbaycanda kiçik və orta müəssisələrin rəqəmsallaşdırılmasının təşviqi” layihəsi hökumətin rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində səylərinə töhfə verə bilər. 

Powered by Froala Editor