Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərən sahibkarların nəzərinə! Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub
Beynəlxalq Ticarət Mərkəzinin nümayəndələri "Bakı KOB evi"ndə olublar 13.11.24
Beynəlxalq Ticarət Mərkəzinin nümayəndələri "Bakı KOB evi"ndə olublar

ITC-nin nümayəndələrinə KOB evi modeli barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. 

 

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında - COP29-da iştirak etmək üçün Azərbaycanda səfərdə olan Beynəlxalq Ticarət Mərkəzinin (ITC) nümayəndələri "Bakı KOB  evi"ndə olublar.


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Bakı KOB evi”nin nümayəndələri tərəfindən ITC-nin nümayəndələrinə sahibkarlara vahid məkanda xidmət mərkəzi olan KOB evinin fəaliyyəti barədə məlumat verilib. Qeyd edilib ki, KOB evlərində biznes üçün G2B və B2B xidmətlərin bir məkanda göstərilməsi sahibkarların vaxtına və əməliyyat xərclərinə qənaət etməsinə imkan verir. Burada həmçinin startaplar üçün Startap İnkişaf Mərkəzi, təlim mərkəzi fəaliyyət göstərir. Hazırda KOB evləri ölkənin 3 şəhərini əhatə edir. 


Bir sıra iri şəhər və rayonlarda da KOB evlərinin yaradılması istiqamətində işlər görülür. Məlumat verilib ki, KOB evi modeli biznes sahəsində dünyanın qabaqcıl innovativ təşəbbüsləri sırasında yer alır. Belə ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi 2024-cü ildə Azərbaycanın KOB evi modelini qabaqcıl innovativ təcrübələrdən biri kimi qiymətləndirərək onu nümunəvi model olaraq qəbul edib.

ITC-nin nümayəndə heyəti tərəfindən “Bakı KOB evi”nin fəaliyyəti maraqla qarşılanıb, KOB-lara dəstək sahəsində unikal modellərdən olduğu qeyd edilib.


KOB evi ilə tanışlıq zamanı həmçinin qonaqları maraqlandıran suallar cavablandırılıb. 

 

Powered by Froala Editor