Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib 08.03.23
Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Martın 7-də "Bakı KOB evi"ndə 8 mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirilib. 

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və "Bakı KOB evi"ndə xidmət göstərən dövlət və özəl qurumların qadın əməkdaşlarının iştirakı ilə keçirilmiş tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qadınları Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. Qeyd olunub ki, Azərbaycanda qadınların ictimai fəallığının təşkilinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmizin tərəqqisində və əldə olunan uğurlarda, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin  dünyaya tanıdılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Qadınlar hazırda cəmiyyətin bütün sferalarında, o cümlədən KOBİA-da uğurla fəaliyyət göstərirlər. Qadınların sahibkarlıq sahəsində də fəaliyyəti genişlənir.


Powered by Froala Editor