Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Beynəlxalq konfransda KOB-ların mənafelərinin qorunmasına dair məlumat verilib 19.10.22
Beynəlxalq konfransda KOB-ların mənafelərinin qorunmasına dair məlumat verilib

Bakıda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının 20 illik yubileyinə həsr olunmuş “Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.


Tədbirdə çıxış edən Kiçik və Orta Bzinesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Ombudsmanların və milli insan hüquqları təsisatlarının müxtəlif sektorlarda, eləcə də biznes sahəsində problemlərin həllində rolunu qeyd edib, Agentliyin KOB subyektlərinin qanuni mənafelərinin qorunması istiqamətində fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Agentlik fəaliyyətini bizneslərlə sıx əməkdaşlıq şəraitində, onların ehtiyac, problem və inkişaf meyllərini öyrənmək əsasında qurub. Dövlət-özəl sektor platforması çərçivəsində keçirilən silsilə sahəvi görüşlər, KOB subyektləri arasında aparılan müxtəlif sorğular və bizneslərdən daxil olan müraciətlərin dövrü təhlili biznes mühitinin dəyərləndirilməsi və effektiv dəstək tədbirlərinin hazırlanması üçün mühüm vasitələrdir. KOBİA sahibkarların müraciətlərinə xüsusi həssaslıqla yanaşır, mandatı daxilində zəruri dəstək göstərir, aidiyyəti dövlət qurumlarının iştirakı ilə üçtərəfli müzakirələr təşkil edir və qaldırılan məsələlərin qanunvericilik çərçivəsində dialoq vasitəsilə həllinə çalışır. 

Powered by Froala Editor