Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Beynəlxalq Biznes Forumun bir qrup iştirakçısı Sumqayıt Kimya Sənaye Parkında olublar 17.11.21
Beynəlxalq Biznes Forumun bir qrup iştirakçısı Sumqayıt Kimya Sənaye Parkında olublar

Bakıda keçirilmiş 25-ci Beynəlxalq Biznes Forumda (IBF) iştirak etmiş 30-a yaxın iş adamı noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkına (SKSP) səfər ediblər. 


Səfər zamanı iş adamları İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti “STP” MMC-nin Elektrik avadanlıqları, Kabel, Alüminium, Polimer məmulatlar, Sendviç panellər zavodlarında olan qonaqlar istehsal prosesi ilə yaxından tanış olublar. İş adamlarına sözügedən müəssisələrdə istehsal olunan məhsullar barədə məlumat verilib və ixrac imkanlarına dair müzakirələr aparılıb.


Eyni zamanda iş adamları ölkədə fəaliyyət göstərən sənaye parkları, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, tətbiq edilən vergi və gömrük güzəştləri haqqında məlumatlandırılıb və sənaye parklarında mövcud biznes mühitindən yaralanmağa dəvət edilib.

Powered by Froala Editor