Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Beynəlxalq Aqrobiznes Forumu keçirilib 28.02.23
Beynəlxalq Aqrobiznes Forumu keçirilib

Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası (KOBSKA) və “Agro TV”nin təşkilatçılığı ilə Bakıda Beynəlxalq Aqrobiznes Forumu (International Agro Business Forum) keçirilib.


Rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə keçirilmiş tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, kənd təsərrüfatı və qida sənayesi KOB subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır. Bildirilib ki, aqrar sahədə fəaliyyət yerli icmaların, regionların və bütövlükdə ölkənin dayanıqlı sosial-iqtisadi inkişafında aparıcı rola malikdir. Kənd təsərrüfatı həm də qlobal miqyasda ərzaq təhlükəsizliyinin əsas təminatçısı kimi çıxış edir. Ölkəmizdə də aqrobiznesin inkişafı sosial-iqtisadi inkişaf siyasətinin prioritetlərindəndir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələrək hazırlanmış “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əsas fəaliyyət istiqamətlərindən biri də məhz dayanıqlı və rəqabətqabiliyyətli kənd təsərrüfatı və aqrobiznesin inkişaf etdirilməsidir. KOB subyektlərinin kənd təsərrüfatı və qida sənayesindəki geniş fəaliyyətini nəzərə alaraq KOBİA ölkəmizdə aqrobiznes fəaliyyətinin qurulmasına və inkişafına dəstək göstərən qurumlardandır. Agentlik aqrobiznesi prioritet sahə kimi diqqətdə saxlamaqla, istehsal, emal və satış istiqamətlərində aqrobiznesin inkişafına və sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklərə dair mütəmadi olaraq maraqlı tərəflərlə müzakirələr aparır. Aqrar sığortanın tətbiqi, suvarma suyu ilə bağlı çətinliklər, keyfiyyətli aqronom və digər məsləhət xidmətlərinə əlçatanlıq, subsidiya və digər maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac, bazarlara çıxış və s. aqrar sahədə fəaliyyət göstərən sahibkarları narahat edən məsələlərdəndir. 

Orxan Məmmədov vurğulayıb ki, işğaldan azad edilmiş torpaqlarımızın böyük iqtisadi potensialı və kənd təsərrüfatı üçün münbit torpaq ehtiyatına malik olması aqrar sektor və qida sənayesi üçün yeni imkanlar yaradır. Dövlət-özəl əməkdaşlığı çərçivəsində bu potensialın reallaşdırılması qarşıdakı illərdə aqrar və qida sənayesinin, nəticədə ölkə iqtisadiyyatının inkişafına öz müsbət töhfəsini verəcəkdir.


Forum çərçivəsində sərgi və ikitərəfli görüşlər, “Kənd təsərrüfatında Türkiyə - Azərbaycan: vizyon və əlaqələr” və “Aqrar sahədə həyata keçirilən innovasiyalar” mövzularında panel müzakirələr təşkil olunub. 


Beynəlxalq Aqrobiznes Forumu martın 1-də də davam edəcəkdir.


Powered by Froala Editor