Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
“Beynəlxalq Aqro Biznes Forum - 2024” keçirilib 22.02.24
“Beynəlxalq Aqro Biznes Forum - 2024” keçirilib

İki gün davam edən forum çərçivəsində sərgi, panel müzakirələr və B2B görüşlər də təşkil edilib. 

Kənd Təsərrüfatı Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və “Agro TV Azərbaycan”ın birgə təşkilatçılığı ilə “Beynəlxalq Aqro Biznes Forum - 2024” keçirilib. 

Tədbirdə millət vəkilləri, dövlət rəsmiləri, QHT və şirkət nümayəndələri, fermerlər, investorlar iştirak ediblər. 

Milli Məclisin deputatları, Aqrar İnnovasiya Mərkəzi, KOBİA, Türk Dövlətləri Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, KOBSKA və digər qurumların nümayəndələri, şirkət təmsilçiləri çıxışlarında kənd təsərrüfatı sektorunda perspektivlərə, bu sahədə türkdilli dövlətlər, o cümlədən Türkiyə və Azərbaycan arasında əlaqələrə və əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüblər. 

İki gün davam edən forum çərçivəsində 30-a yaxın şirkətin məhsul və xidmətlərindən ibarət sərgi, sektorun gündəmində olan məsələlərin müzakirə olunduğu panel iclaslar, müxtəlif ölkələrdən olan şirkətlərin təqdimatları və B2B görüşlər də təşkil edilib. 

Powered by Froala Editor