Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Beş mikro və kiçik sahibkarın innovativ layihələri vergidən azad edildi 05.08.25
Beş mikro və kiçik sahibkarın innovativ layihələri vergidən azad edildi

“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 220-yə çatdı. 

Beş mikro və kiçik sahibkara Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış sahibkarların sayı 220-yə çatıb.

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının növbəti iclasında KOB subyektlərindən daxil olmuş 14 müraciətə baxılıb. Şuranın qərarına əsasən "Steamland Factory" MMC-nin süni intellekt sistemləri üçün məlumat (data) infrastrukturu xidməti, "Mənzil Park" MMC-nin yaşayış kompleksləri və binaların idarəedilməsi üçün onlayn platforması, "Nooshcard" MMC-nin işçi heyəti üçün rəqəmsal yemək kartı həlli, "Adscreen" MMC-nin taksi sərnişinləri üçün rəqəmsal reklam platforması və "Onrepetitor" MMC-nin onlayn tədris və hazırlıq platforması layihələrinə “Startap” şəhadətnamələri verilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla https://smb.gov.az/az/nav/startap-sehadetnamesi keçid linki vasitəsilə tanış olmaq olar. Həmçinin, “Startap” şəhadətnaməsi ilə bağlı sualı olan KOB subyektləri KOBİA-nın 131 Çağrı Mərkəzinə müraciət edə bilər. 

Powered by Froala Editor