Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Bazar araşdırmasının aparılmasına dəstək üçün sahibkarlar KOBİA-ya müraciət edə bilərlər 01.11.23
Bazar araşdırmasının aparılmasına dəstək üçün sahibkarlar KOBİA-ya müraciət edə bilərlər

Daxili bazar araşdırması sahibkara sahənin inkişaf dinamikası, istehsal və ixrac imkanları, rəqiblər, lazım olan sənədlər, dövlət dəstəyi tədbirləri, istehlakçıların fikirləri və digər məlumatlar verir.

Sahibkarlıq fəaliyyətini genişləndirmək, yeni məhsul və xidmətlər yaratmaq istəyən KOB subyektləri müvafiq sahədə daxili bazarın araşdırılması üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər. Bunun üçün KOB-lar Agentliyin www.smb.gov.az internet saytındakı müvafiq ərizə formasını dolduraraq birbaşa və ya elektron qaydada müraciət edə bilərlər.

Qeyd edək ki, istehsalın genişləndirilməsi, yeni məhsul və xidmətlərin yaradılması zamanı bazarın araşdırılması vacibdir. Bazar araşdırması sahibkara bazarın mövcud vəziyyəti, o cümlədən sahənin inkişaf dinamikası, istehsal və ixrac imkanları, lazım olan işçi qüvvəsi, satış, rəqiblər, sənədləşdirmə, istehlakçıların fikirləri, qiymət, dövlət dəstəyi tədbirləri və s. barədə dolğun məlumat verir. Bu isə biznesə başlamaq, yeni məhsul və xidmət istehsal etmək istəyən sahibkara bazar barədə ətraflı məlumat verməklə, onu sonradan yarana biləcək risklərdən sığortalayır. KOB-ların bazar araşdırmasının aparılmasına çəkdikləri xərcin bir hissəsi dövlət dəstəyi hesabına qarşılanır. Belə ki, mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən ödənilir. Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği 20 min manata qədərdir. Bazar araşdırmasının aparılması üçün sahibkarlar fərdi və ya qrup halında müraciət edə bilərlər. 

Daxili bazar araşdırması barədə ətraflı məlumat üçün: https://bit.ly/3DUJGHU 

Powered by Froala Editor