Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
Baytar həkimlər özəl xidmətə keçidə hazırlanır 27.07.21
Baytar həkimlər özəl xidmətə keçidə hazırlanır

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd təsərrüfatının rəqabətqabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində baytar həkimlərin özəl xidmətə keçidinə dəstək göstərir. Layihə çərçivəsində 52 rayon üzrə 1416 baytar həkimin baytarlıq və sahibkarlıq fəaliyyətinin təşkili üzrə təlimlərə cəlb edilməsi nəzərdə tutulur. Biznes fəaliyyəti ilə bağlı təlimlər KOBİA-nın KOB inkişaf mərkəzləri tərəfindən həyata keçiriləcək.   

İyulun 26-da Kürdəmir rayonunda müvafiq təlimlərə start verilib. 3 gün davam edəcək təlimlərdə ümumilikdə 28 baytar həkim iştirak edəcək. Agentliyin Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi tərəfindən keçirilən təlimdə baytarlıq fəaliyyətinin sahibkarlıq fəaliyyətinə çevrilməsi üçün baytar həkimlərə müvafiq məlumatlar və məsləhətlər verilib. 

“COVID-19” pandemiyası ilə bağlı təlimlər 10 nəfərdən ibarət qruplar şəklində keçirilir. 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentininin 22 aprel 2020-ci il tarixli “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına uyğun olaraq, hazırda dövlət baytarlıq sistemində çalışan baytar həkimlərin özəl xidmətə keçidi nəzərdə tutulur. Təlim keçmiş bütün sahə baytar həkimləri layihə çərçivəsində özəl fəaliyyət üçün lazım olan baytarlıq ləvazimatı və avadanlıqları ilə təmin ediləcəkdir.

Powered by Froala Editor