Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Bakıda "Partners & Business" yerli şirkətlərin tanıtım sərgi-konfransı öz işinə başlayıb 16.06.22
Bakıda "Partners & Business" yerli şirkətlərin tanıtım sərgi-konfransı öz işinə başlayıb

İyunun 16-da “Baku Crystal Hall”da "Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgi-konfransı öz işinə başlayıb. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və "Marsol" MMC-nin birgə təşkilatçılığı, “Kapital Bank”ın tərəfdaşlığı ilə təşkil olunmuş sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkətin məhsul və xidmətləri təqdim olunur. 

Sərginin məqsədi Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır. 

Sərgi çərçivəsində dövlət qurumlarının və sahibkarların iştirakı ilə konfrans keçirilir. Tədbirdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, “Marsol” MMC-nin sədri Tural Mustafayev və özəl sektorun təmsilçiləri çıxış ediblər. 

Konfrans öz işini “Əmək münasibətləri və məşğulluq altsistemi” - ƏMAS platformasının təqdimatına dair panellə davam etdirib. Növbəti günlər konfrans çərçivəsində “Dövlətin sahibkarlığın inkişafında mövcud dəstəkləri və perespektivlər”, “Sahibkarların maliyyə kanallarına çıxış imkanları” və “Regionlarda, xüsusilə işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq və investisiya perespektivləri” mövzularında panel müzakirələr keçiriləcəkdir. 

Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. İştirak etmək üçün əvvəlcədən partners.az saytına daxil olaraq və ya sərgi günü məkanda qeydiyyatdan keçə bilərsiniz. 

Sərgi-konfrans iyunun 18-dək davam edəcək. Sərgi hər gün 10.00-dan 18.00-dək ziyarətçilər üçün açıq olacaqdır. 

Powered by Froala Editor