Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Bakıda "Partners & Business" sərgisi keçiriləcək 10.05.22
Bakıda "Partners & Business" sərgisi keçiriləcək



16-18 iyun tarixlərində “Baku Crystal Hall”da "Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək. 

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və "Marsol" MMC-nin birgə təşkilatçılığı, “Kapital Bank”ın tərəfdaşlığı ilə təşkil olunacaq sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlər tərəfindən xidmətlər, idxal, ixrac və istehsal olunan məhsullar nümayiş olunacaq.

 

200-ə yaxın şirkətin iştirakının nəzərdə tutulduğu sərginin missiyası Azərbaycan şirkətlərinin daha geniş auditoriyaya tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır.

 

Sərgi ilə bağlı ətraflı məlumat və qeydiyyat üçün: www.partners.az


Əlavə məlumat əldə etmək üçün:

Əlaqə nömrələri: *0555 və ya 050 228 64 30

E-mail: info@partners.az

Powered by Froala Editor