Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Bakıda ilk dəfə olaraq Qadın Sosial Sahibkarlıq Forumu keçirilib 06.05.19
Bakıda ilk dəfə olaraq Qadın Sosial Sahibkarlıq Forumu keçirilib

Mayın 6-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və “Education HUB”ın təşkilatçılığı ilə Qadın Sosial Sahibkarlıq Forumu keçirilib.

Azərbaycanda sosial sahibkarlığın təşviq olunması, bu sahədə məlumatlılığın artırılması və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə təşkil olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də bir sıra xarici ekspertlər iştirak ediblər.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizdə sahibkarlığın, xüsusən qadın sahibkarlığın inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, hazırda qadınlar iqtisadiyyatın müxtəlif sahələrində çalışır və uğurları ilə bu sahəyə töhfə verirlər. Onların işgüzar fəallığının daha da artırılması üçün stimullaşdırıcı və təşviqedici tədbirlər görülür. Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün treninqlərin təşkili, biznes sahələri yaratması üçün güzəştli kreditlərin verilməsi, evdar qadınların sahibkarlığa cəlb olunması belə tədbirlərdəndir. Bunun nəticəsidir ki, son illər qadın sahibkarların sayı əhəmiyyətli dərəcədə artıb. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 4200-dən çox qadın sahibkara 109,1 milyon manat güzəştli kredit verilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Nadir Adilov və Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva ölkəmizdə sahibkarlığın inkişafı, bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib, təmsil etdikləri qurumların sosial sahibkarlığın təşviqi və inkişafı istiqamətində reallaşdırdığı tədbirləri və layihələri diqqətə çatdırıblar.

Sonra “Education HUB”ın əməkdaşları tərəfindən hazırlanmış Azərbaycanda sosial sahibkarlıqla bağlı təqdimat keçirilib.

Forum işini panel iclaslarla davam etdirib. İclaslarda Qazaxıstan, Gürcüstan və ABŞ-dan olan ekspertlər öz ölkələrində sosial sahibkarlığın əhəmiyyəti, əldə etdikləri nailiyyətləri forum iştirakçıları ilə bölüşüblər.

Powered by Froala Editor