Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Bakı və Abşeronda ilk dəfə “ağıllı” poçt qutuları quraşdırılıb 19.12.23
Bakı və Abşeronda ilk dəfə “ağıllı” poçt qutuları quraşdırılıb

Azərbaycanda ilk dəfə Bakı şəhəri və Abşeron rayonunda “ağıllı” poçt qutuları quraşdırılıb. “Ağıllı” poçt qutularının istehsalı və istismarına görə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) "Smartpost” MMC-yə “Startap” şəhadətnaməsi verib.

MMC-nin rəhbəri Samir İsmayılovun sözlərinə görə, Azərbaycanda ilk dəfə bulud sistemi üzərindən hazırladıqları proqram təminatı vasitəsilə avtomatlaşdırılmış poçt xidməti təqdim edirlər: “Avtomatlaşdırılmış poçt qutuları layihəsini Azərbaycanda ilk dəfə biz hazırlayıb istifadəyə verdik. Bu, vətəndaşlara özlərinə yaxın olan ərazilərdən növbəsiz şəkildə karqo və internet sifarişlərini əldə etmək imkanı verir. Bu “ağıllı” poçt qutuları insanların daha çox olduğu müxtəlif yerlərdə - supermarketlərdə, iş mərkəzlərində və s. quraşdırılır. Vətəndaş ona göndərilən SMS kodu ilə terminala yaxınlaşır, həmin kodu daxil edir və açılan qutudan bağlamasını götürür. İlk dəfə “Texnofest”də təqdim edilmiş bu yenilik artıq Bakı şəhəri və Abşeron rayon sakinlərinin istifadəsi üçün açıqdır”.

S.İsmayılov bildirib ki, yaxın perspektivdə layihənin əhatə dairəsini genişləndirməklə Azərbaycanın bölgələrində, xüsusilə digər şəhər mərkəzlərində tətbiq etmək niyyətindədirlər.

Startapçı qeyd edib ki, təqdim etdikləri poçt xidmətləri ənənəvi poçt xidmətindən fərqlənir: “Ənənəvi xidmətdə sifarişinizi almaq üçün sizin iki yolunuz var: ya poçt məntəqəsinə getməlisiniz, ya da poçtun nümayəndəsini gözləməlisiniz. Bizim təqdim etdiyimiz platformada isə yeni və daha rahat bir üsul tətbiq olunur: vətəndaş vaxt itkisinə məruz qalmadan və növbə gözləmədən sifarişini götürə bilər. Buna "özün götür" xidməti də demək olar. Burada vətəndaş sifarişi haradan və nə zaman götürəcəyinə özü qərar verir”.

S.İsmayılov əlavə edib ki, indiyədək bu xidmətdən 10 minə yaxın insan istifadə edib: “Bakı və Abşeronda 100-ə yaxın “ağıllı” qutu quraşdırılıb. Bu qutular vasitəsilə karqo şirkətlərinin xaricdən gətirdiyi və yerli internet mağazalarının məhsullarını qəbul etmək olar. Hazırda daha çox xaricdən sifariş edilmiş məhsullar qəbul edilir”.

https://vergiler.az/news/economy/27329.html 

Powered by Froala Editor