Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA nümayəndə heyəti İzmirdə səfərdə olub Tatarıstan nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Qəbələdə özünüməşğulluq proqramına qoşulmuş vətəndaşlarla görüş keçirilib 800-dən çox biznes subyekti və potensial sahibkar biznes təlimlərdən yararlanıb İstehsal ilə məşğul olan sahibkarlar KOB Model Müəssisənin təlimlərinə dəvət olunur “Unibroad” təhsil platforması dünyanın ən yaxşı startapları sırasında Azərbaycanlı startapçı “Sculptor” cihazı hazırlayıb “AIM Congress”də ölkəmizi təmsil edəcək startap məlum oldu Samux sahibkarları ilə görüş keçirilib, KOB dostu ofisi fəaliyyətə başlayıb Cari ilin I rübündə KOB evlərində sahibkarlara 99 mindən çox xidmət göstərilib
Bakı şəhərində yaradılan ilk KOB evinin təqdimatı keçirilib 01.05.19
Bakı şəhərində yaradılan ilk KOB evinin təqdimatı keçirilib

Mayın 1-də Bakı şəhərində yaradılmaqda olan ilk kiçik və orta biznes evinin (KOB evi) təqdimatı keçirilib.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBIA) təşkilatçılığı, sahibkarlara müxtəlif xidmətlər göstərən dövlət qurumlarının, özəl sektor nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının və KİV təmsilçilərinin iştirakı ilə təşkil olunmuş tədbirdə KOB evi konsepsiyası, hazırda bu dəstək mexanizminin yaradılması istiqamətində görülən işlər, burada sahibkarlara göstəriləcək xidmətlər barədə ətraflı məlumat verilib.

Təqdimat mərasimində çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirləri, aparılan islahatları, yaradılan yeni dəstək mexanizmlərini diqqətə çatdırıb, KOB evinin yaradılmasının sahibkarlığın inkişafında əhəmiyyətli olacağını vurğulayıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında ölkəmizdə kiçik və orta biznesin inkişafı, bu sahədə həyata keçirilən islahatlar və qanunvericilikdə edilmiş dəyişikliklər, Agentliyin fəaliyyəti və sahibkaralara göstərdiyi dəstək mexanizmləri və xidmətlər barədə məlumat verib: “KOB evlərinin yaradılması ilə biznesə göstəriləcək xidmətlərin əhatə dairəsi əhəmiyyətli dərəcədə böyüyəcəkdir. KOB evlərində sahibkarlara verilən bütün icazələrin vahid məkan prinsipi əsasında şəffaf, operativ şəkildə verilməsi təmin ediləcək, digər tərəfdən sahibkarlar bu evlərdə çoxsaylı dəstək tədbirləri ilə əhatə olunacaqdır. Növbəti mərhələdə bu xidmətlər elektron platforma üzərindən – “e-KOB evi” vasitəsilə həyata keçiriləcəkdir. Əminik ki, KOB evləri ölkəmizin yeni innovativ brendi kimi dünyaya təqdim olunacaqdır”.

Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb, KOB evinin sahibkarlara göstərilən xidmətlərin vahid məkanda təqdim olunması, sahibkarların ehtiyaclarının öyrənilməsi baxımından önəmli mexanizmlərdən olacağını vurğulayıb.

Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə son dövrlərdə ölkəmizdə sahibkarlıq sahəsində həyata keçirilən effektiv islahatlar və qəbul edilən qanunvericilik aktlarının sahibkarlığın inkişafında önəmli rolunu diqqətə çatdırıb, KOB evinin yaradılmasının özəl bölmənin inkişafında əhəmiyyətli olacağını bildirib.

Milli iqtisadiyyatın dayanıqlı inkişafında kiçik və orta sahibkarlığın böyük rol oynadığını qeyd edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, hazırda Azərbaycanda qeyri-neft sektoru, eləcə də kiçik və orta sahibkarlıq inkişaf dövrünü yaşayır. Azərbaycanda aktiv şəkildə fəaliyyət göstərən sahibkarlıq subyektinin böyük əksəriyyəti məhz kiçik və orta sahibkarlardır.

Sonra KOBİA-nın Aparat rəhbəri Şamil Suleymanlı Agentliyin fəaliyyətinə dair təqdimatla çıxış edib.

Daha sonra KOB evinə dair video çarx nümayiş olunub.

Həmin gün Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun iclası da keçirilib. Məlumat üçün qeyd edək ki, Koordinasiya Qrupu KOB evlərində sahibkarlıq subyektlərinə xidmət göstərilməsi zamanı dövlət qurumları ilə Agentlik arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 21 sentyabr 2018-ci il tarixli Qərarı ilə yaradılıb. Koordinasiya Qrupunda sahibkarlara müxtəlif xidmətlər göstərən 30-dan dövlət qurumunun nümayəndələri təmsil olunur. İclasda ilk KOB evinin yaradılması sahəsində qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Powered by Froala Editor